06:19
(077) 610-22-33

Elton Məmmədov oğlunun saxlanması xəbərindən danışdı

  • >
3 477 12 Oktyabr 2015 15:57 | Cəmiyyət

Milli Məclisin deputatı Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) oğlu Aynar Məmmədovun həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

"Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir"- , deputat E. Məmmədov narazılığını gizlətmədən Turan agentliyinə bildirib.

Qeyd edək ki, bu gün səhər bəzi KİV və sosial şəbəkələr Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Yasamalda "Nar" kafesində əməliyyat keçirdiyi barədə məlumatlar yayıblar. Əməliyyat zamamı deputatın oğlu da daxil olmaqla, bir neçə nəfər həbs olunub.

Lakin DİN bu barədə yaydığı rəsmi məlumatda "Nar" kafesində əməliyyat keçirildiyini, 8 nəfərin qumar üstündə saxlanıldığını yayıb. Bundan başqa, Aynar Məmmədovun cərimələnərək sərbəst buraxıldığı da adının çəkilməsini istəməyən səlahiyyətli şəxs tərəfindən təsdiqlənib.

Onu da qeyd edək ki, E.Məmmədov təkzib ustasıdır. Bundan əvvəl də o, oğlunun adı qarışan qalmaqallarda yazılanları, deyilənləri qətiyyətlə təkzib etmişdi. Məsələn, oğlu yenicə aldığı avtomobilləri ilə şəklini paylaşdığı, təbriklər qəbul etdiyi halda, Elton Məmmədov demişdi ki, oğlunun belə maşını yoxdur. Elə çıxırdı ki, Aynar Məmmədovun özgələrinin maşını ilə şəkil çəkdirmək və bunu sosial şəbəkədə yaymaq kimi xobbisi var.
Bağla X