23:56
(077) 610-22-33

“Orta aylıq əmək haqqı 475 manat olacaq” - Nazir

  • >
2 200 13 Oktyabr 2015 13:43 | Cəmiyyət

Builki büdcə və ümumilikdə ölkənin inkişaf konsepsiyasında makroqitisadi sabitliyin qorunması, diversifikasiyanın sürətlənməsi müəyyən edilib.



AzNews.az-ın trend-ə istinadən məlumatına görə, bunu İqtisadi inkişaf naziri Şahin Mustafayev parlamentin büdcə zərfinə həsr olunmuş plenar iclasında səsləndirib.

Nazir qeyd edib ki, büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilib, neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib: "Nəticədə qabaqlayıcı tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə hazırlanıb. Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artırıb. Həmçinin ölkədə qeyri-neft sektounun inkişafı imkan verir ki, ölkənin ümumilikdə iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin".

Nazir əlavə edib ki, gələn ilin tikinti sektorunda 4,6 faiz azalma olacaq: "İnformasiya və rabitə texnologiyaları sahəsində inkişaf davam edəcək. Bu ilin sonuna 13,3 faiz artım nəzərdə tutulur, növbəti üç ildə isə 10, 3 faiz artım proqnozlaşdırılır. Gələn ildə yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək. Sosial proqarmın icrası təmin ediləcək. Orta aylıq əmək haqqı artaraq 475,5 manat təşki edəcək".

Eyni zamanda, dövlət başçısının təklifi ilə dərman bazarında vəziyyətlə bağlı 2200-ə yaxın dərmanın qiyməti müəyyən edilib. 53 fazininin iki dəfədən çox, 28 faizinin isə qiyməti üç dəfədən çox endirilib. Bu proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənə kimi davam etdiriləcək".
Bağla X