Sabahdan “Nizami” stansiyasının eskalatorlarından biri əsaslı təmir olunmaq üçün bağlanır. Sabahdan “Nizami” stansiyasının eskalatorlarından biri əsaslı təmir olunmaq üçün bağlanır.

“Nizami”də eskalatorlardan biri bağlandı

Sabahdan “Nizami” stansiyasının eskalatorlarından biri əsaslı təmir olunmaq üçün bağlanır.



Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən AzNews.az-a verilən məlumata görə, 2015-ci ilin təmir planına uyğun olaraq, stansiyanın 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır.

Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır. 1 saylı eskalator 2016-cı il fevral ayının 10-da yenidən istismara veriləcək.

Sevinc Yasinqızı