06:39
(077) 610-22-33

Rusiyada təyyarə yandı - Heyət üzvləri həlak oldu

  • >
3 439 1 Avqust 2016 13:22 | Dünya

Rusiyada şəxsi təyyarə qəzaya uğrayıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sibir axtarış-xilasetmə aviasiya mərkəzinin direktoru vəzifəsini icra edən Vladimir Plotnikov məlumat verib. Məluamata görə, hadisə dünən Krasnoyark vilayətində baş verib. Berdskdən Novosibirskə doğru hərəkət edən təyyarə Kemerovsk üzərindən uçarkən heyət dispetçerlə əlaqə qurub. Bundan sonra təyyarə itib. Təyyarənin göyərtəsində 3 heyət üzvü olub. Saatlarla davam edən axtarışdan sonra təyyarəni tapmaq mümkün olub.

"Xilasedicilər hadisə yerindən məlumat verdi ki, təyyarə yanıb. Sağ qalan yoxdur", -deyə Vladimir Plotnikov bildirib.

Faktla bağlı cinayət işi açılıb.

Aydan AXUNDOVA
Bağla X