Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib. Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib.

Rumıniyanın sabiq kralı vəfat etdi

Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib.


Kraliçanın cənazəsi avqustun 9-da Rumıniyaya gətiriləcək.

Kraliça Ana ilə vida mərasimi ilk olaraq Sinaya şəhərindəki Kral ailəsinə məxsus "Peleş qəsri", daha sonra paytaxt Buxarestin Kral Sarayında keçiriləcək. Avqust ayının 13-də isə kraliça Kurtya-de-Arceş şəhərində dəfn olunacaq.

Artıq Rumıniya prezidenti Klaus Yohannis və baş naziri Daçian Çioloş Kral ailəsinə başsağılığı teleqramı ünvanlayıblar. Yaxın günlərdə hökümət avqustun 13-nü ölkə üzrə milli matəm günü elan edilməsilə bağlı qərar qəbul edəcək.

Kraliça Ana 18 sentyabr 1923-cü ildə Parisdə şahzadə Rene de Bourbon-Parmanın ailəsində dünyaya göz açıb. O, 1948-ci ilin iyunun 10-da Afinada Rumıniya kralı Mihayla ailə həyata qurub. Cütlüyün bu nigahdan 5 qızı dünyaya gəlib.

Kraliça Ananın həyat yoldaşı Kral Mihay səhhətindəki problemlə bağlı dəfn mərasimində iştirak etməyəcək. 94 yaşlı kral xərçəng xəstəliyindən əziyyət çəkir.


Modern.az