Türkiyədə 15 iyul tarixində hərbi çevrilişə cəhd edən FETÖ-nün son planının detalları məlum olub. Türkiyədə 15 iyul tarixində hərbi çevrilişə cəhd edən FETÖ-nün son planının detalları məlum olub.

Gülən ABŞ-dan bu ölkəyə qaça bilər - Təşkilatda böyük təşviş

Türkiyədə 15 iyul tarixində hərbi çevrilişə cəhd edən FETÖ-nün son planının detalları məlum olub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təşkilatın yeni baza olaraq Cənubi Afrikanı seçdiyi və bütün təşkilat rəhbərlərinin bir-bir buraya qaçdığı müəyyən edilib. ABŞ-ın qruplaşmanın lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya etmə ehtimalının güclənməsi təşkilat daxilində böyük təşvişə səbəb olub.

FETÖ-nün mətbuat orqanlarından olan keçmiş "Zaman" qəzetində yüksək vəzifələrdən birini tutan Alaattin Kayanın ailəsi ilə birlikdə Cənubi Afrikaya qaçdığı iddia edilir. Təşkilatın ən önəmli maliyyəçilərindən Ali Katırcıoğlunun da aylar öncə Cənubi Afrikaya qaçması FETÖ-nün yeni baza olaraq Cənubi Afrikanı seçməsi fikrini gücləndirib.

Cənubi Afrika prezidenti Ceykob Zuma ilə yaxın münasibət quran FETÖ-nün bunun sayəsində ekstradisiya olunmaqdan da qaçmağı planlaşdırdığı məlum olub. Johannesburgda Ali Katırcıoğlunun təşəbbüsü ilə inşa edilən Nizamiyə Kompleksinin də təşkilatın yeni mərkəzi olaraq istifadə ediləcəyi bildirilir. Təşkilat üzvü olan çox sayda akedemik və keçmiş polis işçilərinin də bu ölkəyə qaçdığı deyilir. Türkiyə ilə ekstradisiya müqaviləsi olan Cənubi Afrikaya qaçan təşkilat üzvlərinin prezident Ceykob Zumadan sığınma tələb etdikləri iddia edilir.

Aydan AXUNDOVA