Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib. Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib.

Sudan Gülən məktəblərini bağlamaq haqda qərar qəbul etdi

Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib.


Bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

"Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib", - deyə səfir vurğulayıb.

C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir: "Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi".


Report.az