Türkiyədə “Evrensel” qəzetinin əməkdaşı hücuma məruz qalıb. Türkiyədə “Evrensel” qəzetinin əməkdaşı hücuma məruz qalıb.

Türkiyədə hamilə qəzet əməkdaşı döyüldü - Açıq geyindiyi üçün

Türkiyədə “Evrensel” qəzetinin əməkdaşı hücuma məruz qalıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 6 aylıq hamilə olan Hazal Ölmez evinə gedərkən 3 nəfər tərəfindən döyülüb. Məlumata görə, Ölmez işdən sonra evə gedərkən 2 qadın və 1 kişi tərəfindən hücuma məruz qalıb. Qəzet əməkdaşı hicab taxmadığı və açıq geyindiyi üçün döyüldüyünü iddia edir: ""Xain, qiyamçı, fətullahçı"deyə qışqırıb insanları toplamağa çalışdılar. Məni orada linç etmək istədilər. Bir neçə dəqiqə sonra uzun saqqallı, 26-27 yaşlarında bir adam da yaxınlaşdı. "Sənin kimi məhəllədə 4 nəfər də var, onlara da sıra gələcək" deyə qışqırdı və ayağıma təpik atdı".

Ölmez hadisə ilə bağlı polisə şikayət edəcəyini bildirib.

Aydan AXUNDOVA