Türkiyə Silahlı Qüvvələrinin İstanbul, Ankara və İzmirdən sonra ən mühüm strateji bölgələrindən olan Balıkesirdə yerləşən silah-sürsat fabrikinin FETÖ-yə məxsus olduğu aşkarlanıb. Türkiyə Silahlı Qüvvələrinin İstanbul, Ankara və İzmirdən sonra ən mühüm strateji bölgələrindən olan Balıkesirdə yerləşən silah-sürsat fabrikinin FETÖ-yə məxsus olduğu aşkarlanıb.

Gülənçilərin silah fabriki tapıldı - ABŞ-a qaçan “imam”la əlaqələri var imiş

Türkiyə Silahlı Qüvvələrinin İstanbul, Ankara və İzmirdən sonra ən mühüm strateji bölgələrindən olan Balıkesirdə yerləşən silah-sürsat fabrikinin FETÖ-yə məxsus olduğu aşkarlanıb.


AzNews.az xəbər verir ki, bu iddialarla "Hürriyet" qəzetinin köşə yazarı Yalçın Bayer yeni yazısında çıxış edib. İddialara görə, dinamit və müxtəlif miqyaslarda mərmi istehsal olunan, bir çox ölkəyə sursat ixrac edən bu zavodun sahibi iş adamı İsmayıl Yavaşça da buna görə həbs olunub.

Köşə yazarı bildirir ki, FETÖ-nün Balıkesiri "pilot bölgə" seçməsinin də səbəbi fabrikin burada yerləşməsi olub: "15 iyul hərbi çevriliş cəhdindən sonra şəhərdə baş verən həbslərə baxanda bu daha aydın şəkildə görünür. Əvvəla, həbs olunan 19 iş adamından ikisi, silah-sursat fabrikinin müdiri İsmayıl Yavaşça və qardaşı İbrahim Yavaşçadır. Şəhərdə digər öndə gələn iş adamı, Yavaşçaların tərəfdaşı olduğu iddia edilən Faruk Kulanın da Paralellə yaxın münasibətlərdə olduğu deyilir".

İddialara görə, Kula təşkilatın Amerikaya qaçan Balıkesir "imamı" İzzət Bilirlə söhbətlərdə iştirak edib. Hətta İzzət Bilir qaçana qədər bu üçlük müntəzəm olaraq bir araya gəlib iqtisadi və siyasi mövzularda məsləhətləşmələr aparıblar. Həmçinin İsmayıl Yavaşca kimi Faruk Kulanın da Fətullah Gülənin ətrafıyla yaxın olduğu iddia edilir.

Məlumat üçün bildirək ki, Balıkəsirdə FETÖ ilə bağlı aparılan əməliyyat çərçivəsində tutulanlar sadəcə iş adamları deyil. Həbsxanaya göndərilənlər arasında 2 vali müavini də var.

Aydan AXUNDOVA