Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılışı etiraz aksiyaları və polis zorakılığı ilə müşayiət olunub. Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılışı etiraz aksiyaları və polis zorakılığı ilə müşayiət olunub.

Rioda qarşıdurma - Prezident fitə basıldı (Foto + Video)

Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılışı etiraz aksiyaları və polis zorakılığı ilə müşayiət olunub.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Braziliya prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Mişel Temer açılış mərasimində fitə basılıb.

Açılış mərasiminin keçirildiyi "Marakana" stadionunda da qarşıdurma baş verib. Bir qrup gənc Olimpiya Oyunlarının keçirilməsi üçün ölkə büdcəsindən vəsaitin sərf edilməsinə etiraz edərək Braziliya bayrağını və könüllülərin formasını yandırıb. Polis səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, cari ilin may ayında ölkə prezidenti Dilma Rousseff senatın qərarı ilə 180 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb. Vitse-prezident Temer müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edərək yeni kabinet formalaşdırıb.

Aydan AXUNDOVA