Bu gün İrəvanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil aşıb. Bu gün İrəvanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil aşıb.

Ermənistanda hərbi maşın aşdı - 8 əsgər yaralandı

Bu gün İrəvanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil aşıb.


AzNews.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə Şimal avtovağzalı yaxınlığında baş verib.

Qəza nəticəsində Ermənistan ordusunun 8 əsgəri yaralanıb. Yaralılar hospitala yerləşdirilib. Ümumilikdə isə avtomobildə 16 əsgər olub.

Hadisəyə səbəb "Niva" markalı avtomobilin hərbi maşının qarşısına çıxması olub.