Xilasedicilər Puerto-Riko sahillərində yanmış gəmidən 500-dən çox sərnişini və ekipaj üzvlərini təxliyə ediblər. Xilasedicilər Puerto-Riko sahillərində yanmış gəmidən 500-dən çox sərnişini və ekipaj üzvlərini təxliyə ediblər.

​Puerto-Rikoda gəmi yandı - 500-dən çox insan təxliyə olundu

Xilasedicilər Puerto-Riko sahillərində yanmış gəmidən 500-dən çox sərnişini və ekipaj üzvlərini təxliyə ediblər.


Bu barədə "Associeted Press" agentliyi xəbər yayıb.

Məlumata görə, Puerto-Riko və Dominikan Respublikasının arasında üzən "Caribbean Fantasy" gəmisi Puerto-Rikonun paytaxtı San-Xuanda, reyddə yanıb.

ABŞ-ın sahil mühafizəsinin Twitter sosial şəbəkəsindəki mikrobloqunda isə bildirilir ki, yanmış bərənin komandasının təxliyəsi uğurla başa çatıb. Verilən məlumata görə, onlardan təxminən 250 nəfərinin tibbi yardıma ehtiyacı var.

Gəmidə 26 ekipaj üzvü olub.


Report.az