Hindistanın mərkəzi və şimalında leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb. Hindistanın mərkəzi və şimalında leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb.

Leysan yağışları 15 can aldı - Hindistanda

Hindistanın mərkəzi və şimalında leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb.


Şənbə günü Malxya-Pradeş əyalətində evin dağılması nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.

Uttar-Pradeş əyalətində isə sel suları avtomobildə 6 nəfərin ölümünə səbəb olub. Bu əyalətin Varansi şəhərində su basmış evin çökməsi nəticəsində 3 nəfər ölüb. Leysan yağışlar əyalətdə 20 evin dağılmasına yol açıb. İnsanlara müvəqqəti olaraq təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Təbii fəlakətə məruz qalan rayonlarda xilasetmə işləri aparılır.


APA.az