İtaliyada ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb. İtaliyada ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb.

İtaliyada zəlzələ qurbanlarının sayı artır- 250 nəfər + Yenilənib

İtaliyada ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb.


AzNews.az ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliyanın mərkəzi regionunda ölənlərin sayı 247 nəfərə çatıb.

Məlumata görə, Amatriç, Peskar-del-Tronto, Akkumoli, Arkuatda yeraltı təkanlardan ziyan görən yaşayış məntəqələrində axtarış-xilasetmə işləri fəal şəkildə davam edir.

09:01
***

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələnin qurbanlarının sayı artıb.

Mülki Müdafiə Xidmətinin əməkdaşı İmmakolata Postilyone bildirib ki, ölənlərin sayı 250 nəfərə çatıb, 365 nəfər isə xəsarət alıb.

Aydan AXUNDOVA