Azərbaycandan olan zəngin biznesmen məşhur rusiyalı balerina Anastasiya Voloçkovaya intim görüşə görə 40 min dollar ödəyib. Azərbaycandan olan zəngin biznesmen məşhur rusiyalı balerina Anastasiya Voloçkovaya intim görüşə görə 40 min dollar ödəyib.

Rusiyalı balerina azərbaycanlı biznesmenə 40 min “atdı” - Açıqlama

Azərbaycandan olan zəngin biznesmen məşhur rusiyalı balerina Anastasiya Voloçkovaya intim görüşə görə 40 min dollar ödəyib.


Lakin balerina pulu alıb və aradan çıxıb.

AzNews.az "Virtual.orq"a istinadən xəbər verir ki, bu görünməmiş qalmaqalla bağlı Rusiya mənbələri yazır. Məlumata görə Azərbaycandan olan milyonerlə balerinanın görüşünü Moskvadakı elit "tusovka"lar üzrə agentliklərdən birində işləyən Dmitri Tulyaninov təşkil edib. Həmin agentlik "Ulduzla bir axşam" layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir.

Azərbaycandan olan biznesmen isə agentliyə Anastasiya Voloçkova ilə şam yeməyi sifariş verib. Balerina bu xidmətə görə biznesmendən 25 min dollar alıb.

Onlar Moskvadakı elit otellərdən birinin restoranında görüşüblər. Görüş zamanı biznesmen Anastasiya Voloçkovaya "söhbəti intim şəraitdə davam etdirməyi" təklif edib. Balerina həvəslə bu təklifə razılaşıb, ancaq bildirib ki, biznesmen onunla seksə görə əlavə ödəniş etməlidir. Tərəflər 40 min dollara razılaşıblar. Biznesmen pulu ödəyib. Lakin məsələ sözdən işə keçməyə gələndə balerina bir az istirahət etmək adı altında başqa nömrəyə keçib. Səhər tezdən isə o, oteli tərk edərək naməlum istiqamətə gedib. Biznesmendən intim münasibətə görə aldığı pulu isə geri qaytarmayıb.

Bu xəbər mətbuatda yayıldıqdan sonra Anastasiya Voloçkova özünün İnstagram səhifəsində deyilənlərin"böhtan" olduğunu yazıb. Lakin görüşü təşkil edən Maksim Tulyaninov bildirib ki, balerinanın 40 min dollara intim xidmət göstərməyə razılaşdığını təsdiq edən söhbətin lent yazısını təqdim etməyə hazırdır. Balerinaya bu qədər pulu ödəyib yana-yana qalan azərbaycanlı biznesmenin isə kimliyi açıqlanmır.

Lakin ola bilsin ki, tezliklə bu məlumat da Rusiya KİV-lərinə çıxacaq.

Baletmeyster, rəqqas, Şəhriyar Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, Anastasiya Voloçkova bir vaxt "Bolşoy Teatr"da işləyib: "O, bir şəxslə görüşürdü. Həmin şəxs "Bolşoy teatr"da hansısa bir tamaşaya sponsorluq edəcəkdi. Anastasiya Voloçkova isə həmin tamaşada oynamalı idi. Qəfildən onların arasında problem yarandı və həmin şəxs sponsorluqdan imtina etdi. Bu hadisədən sonra Anastasiya Voloçkova ilə teatrın rəhbərliyi arasında problem yarandı. Bu problem düzəlmədiyi üçün Anastasiya Voloçkova teatrdan uzaqlaşdı. Sonra o, şou-biznesə qoşuldu, sərbəst özü üçün yaradıcılıqla məşğul idi".

Ş.Cəfərov bildirib ki, Anastasiya Voloçkova haqqında deyilənlər inandırıcıdır: "Onun həyat tərzi haqqında deyilənləri sübut edir. Gündə biri ilə oturub-durur, gündə biri ilə görüşür. Açıq-saçıq, ayaqları aralı vəziyyətdə şəkillər çəkdirib özünü reklam edir. Özü də belə pozalarda şəkil çəkdirməyi sevir. Anastasiya Voloçkova şou-biznes aləmində tanınmış balerinadır. Teatr aləmi isə onu qəbul etmir".

Rəqqas onu da əlavə edib ki, Anastasiya Voloçkovanın Azərbaycan Opera və Balet Teatrının truppası ilə heç bir əlaqəsi yoxdur.

Bahar RÜSTƏMLİ
AzNews.az