22:09
(077) 610-22-33

Moskvada dəhşətli yanğın - 17 ölü (Yenilənib 3)

  • >
6 054 27 Avqust 2016 13:54 | Dünya

Moskvanın şimal-şərqində yerləşən anbarda yanğın baş verib.


AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib. Yanğınsöndürənlər 12 nəfəri yanan binadan evakuasiya ediblər. Lakin yanğını söndürmək hələ ki mümkün olmayıb.

İlkin məlumata əsasən, yanan anbar "Peçatnıy ekspress" mətbəəsinə məxsusdur.

10:48
***


Anbardakı yanğının söndürülməsi zamanı 16 nəfərin cəsədi aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib. İlkin ehtimala əsasən, ölənlər anbarda işləyən və elə burada yaşayan miqrantlardır.

11:51
***


Moskvada anbarda ölənlərin sayı 17 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin tvitter hesabında məlumat verib. Onun sözlərinə görə, yanğında xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Evakuasiya olunanlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Anbardakı yanğın faktıyla əlaqədar İstintaq Komitəsi tərəfindən cinayət işi başladılıb.

12:43
***

Anbardakı yanğın zamanı ölənlərin hamısı Qırğızıstan vətəndaşıdır.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş Departamentinin rəisi İlya Denisov məlumat verib.

Artıq yanğının baş vermə səbəbləri də məlum olub. Məlumata görə, yanğın elektrik lampasındakı nasazlıqla bağlıdır. Lampanın olduğu anbarda isə çox sayda tezalovlanan maye və çap məhsulları olub.

Aydan AXUNDOVA
Bağla X