Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib. Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.

Özbəkistan prezidenti xəstəxanaya yerləşdirildi - Yenilənib

Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.


Bu barədə "Fərqanə" agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik İ. Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.

Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.

APA.az

***
18:34

Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, tam tibbi müayinə və sonrakı müalicə müəyyən zaman tələb edəcək.


Trend.az