Yəməndə davam edən silahlı münaqişənin qurbanlarının sayı 10 min nəfəri ötüb. Yəməndə davam edən silahlı münaqişənin qurbanlarının sayı 10 min nəfəri ötüb.

Yəmən münaqişəsi ilə bağlı dəhşətli rəqəmlər - Ölənlər 10 mini keçib

Yəməndə davam edən silahlı münaqişənin qurbanlarının sayı 10 min nəfəri ötüb.


AzNews.az Reuters agentiyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yəməndəki humanitar məsələlər üzrə rezident əlaqələndiricisi Ceymi Makqoldrik məlumat verib. Onun sözlərinə görə, yeni rəqəmlər Yəməndə fəaliyyət göstərən tibb müəssisələrindən əldə olunan məlumatlara əsaslanır. Makqoldrik hesab edir ki, əslində bu rəqəmlər dəfələrlə çox ola bilər. Belə ki ölkənin bir çox rayonlarında xəstəxana yoxdur. Ölənlərin qohumları isə çox vaxt dəfni hakimiyyəti məlumatlandırmadan həyata keçirirlər. Bu səbəbdən rəqəmin dəfələrlə artıq olduğu ehtimalı var.

Xatırladaq ki, Yəmən hakimiyyəti ilə üsyançı şiələr (husilər) arasındakı münaqişə 2014-cü ilin avqustunda aktivləşib. 2015-ci ilin yanvarında üsyançılar Yəmənin paytaxtı Sana şəhərini tutublar. Münaqişə 2015-ci ilin martında – Səudiyyə Ərəbistanı və onun regional müttəfiqləri münaqişəyə müdaxilə etdikdən sonra özünün ən aktiv fazasına keçib.

Aydan AXUNDOVA