Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər. Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Türkiyə ordusu və kürd silahlı birləşmələri razılığı gəldilər

Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.


Bu barədə "Frans-Press" agentliyinə Pentaqonun sözçüsü məlumat verib.

"Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat almışıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun", - deyə ABŞ hərbi nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.


Oxu.Az