Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb. Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb.

İŞİD Türkiyənin tankını vurdu - 3 hərbçi yaralandı

Suriyanın şimalında İŞİD silahlıları Türkiyəyə məxsus tankı atəşə tutublar, nəticədə üç hərbçi yaralanıb.


Bu barədə NTV Türkiyə Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib. Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılarda biri Qaziantep xəstəxanasına göndərilib.

Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı "Ərəfat qalxanı" əməliyyatına başlayıb.


APA.az