Hərbçilərə spirtli içki qadağan edildi

Yaponiyada xidmət edən ABŞ hərbçilərinin törətdiyi qalmaqallar səbəbindən onlara tətbiq olunan qadağalar davam edir. Hərbçilərin Yaponiyada törətdikləri əməllərə görə, ilk olaraq gecə küçəyə çıxmaq qadağası tətbiq edilmişdi.

Lakin bu da nəticə vermədiyindən ordu rəhbərliyi əsgərlərə spirtli içkilərdən istifadəni qadağan edib. Yeni qanuna görə, Yaponiyada qulluq edən hərbçilər yalnız xidmət etdikləri bazada spirtli içkilərdən istifadə edə bilərlər.

Bundan başqa hərbi sürücülər də bazadan çıxdıqları zaman spirtli içki yoxlaması aparılacaq.

Tərlan
AzNews.az