Suriya müxalifəti silah istehsalına başladı

Suriyada məlum hadisələr başlayandan bəri Əsəd ordusundan ayrılaraq, Azad Suriya Ordusunun (ASO) tərəfinə keçən iki komandan maraqlı açıqlamalar verib.

AzNews.az-ın məlumatına görə, ASO-nun Lazkiye və Tartus bölgəsi üzrə müşaviri general Hüseyn Məhəmməd Kilye hazırda ölkənin sahil bölgəsinin təxminən 50 faizinin onların əlində olduğunu söyləyib.

Sahil bölgəsindəki əhalinin 70 faizinin onları dəstəklədiyini söyləyən Kilye, "Suriyada nə vaxt ki, helikopterlər, təyyarələr, tanklar dayansa o zaman nəzarəti əlimizə alacağıq. Biz helikopter və təyyarə olmadan döyüşürük. Əsəd ordusu günü-gündən günü itirir" deyib.

Hələb hərbi müşaviri polkovnik Abdulcabbar Məhəmməd əl-Ukeydi də Suriya ordusundan ayrılmasının səbəbinin insanlara edilən zülm olduğunu deyib: "Orada insanlar öldürülür, işgəncə verilir, qızlarımıza, qadınlarımıza təcavüz edilirdi və mən buna dözə bilməyib xalqıma dəstək vermək üçün Əsəd ordusundan ayrılamağa qərar verdim. Mənim kimi çox insan ordudan bu səbəblərə görə ayrıldı və Azad Suriya Ordusuna qatıldı.

Suriyaya demokratiyanın gəlməsi və Əsədin getməsi çox yaxındır, inşallah. Hazırda gənc mühəndislərimiz öz imkanları hesabına silah istehsal edirlər. Çünki başqa ölkələrdən bizə silah yardımı edilmir. Yaxın zamanda Dəməşqə girib hakimiyyəti ələ keçirəcəyik və ölkəmizi xilas edəcəyik. Ordumuz çox güclü və inanclı vəziyyətdədir".

Tərlan
AzNews.az