21:40
(077) 610-22-33

Aparıcı tanınmış illüzionisti yandırdı – VİDEO

  • >
527 4 Dekabr 2012 20:23 | Dünya

Məşhur amerikalı illüzionist Ueyn Çuxin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onu Dominik Respublikasının milli televiziyasındakı şou çəkilişləri zamanı aparıcı yandırıb.

Hadisənin səbəbləri məlum deyil. Üzü, başı və əlləri yanan illüzionist onu bu hala salan aparıcını məhkəməyə verməyə hazırlaşır.

AzNews.az-ın News.ru-ya istinadən verdiyi məlumata görə, çəkiliş zamanı aparıcı Frenklin Barazarte qəfildən ayağa qalxaraq əlindəki duru maddəni illüzionistin üzünə çəkib. Elə həmin an kişi yanmağa başlayıb.

İnsidentə görə proqram efirə çıxmayıb. Lakin çəkilişlərdə olan illüzionistin komandasının bir üzvü baş verənləri iPhona çəkərək internetə yerləşdirib.

Yanıqlar ağır olmasa da, gözbağlayıcı aparıcını məhkəməyə verməyi düşünür.



İnci
AzNews.az
Bağla X