03:59
(077) 610-22-33

PEJAK narahatdır

  • >
600 5 Dekabr 2012 22:35 | Dünya

Narkotik alverçilərinin durdurulması təşkilatın maliyyə imkanlarına təsir edib


AzNews.az-ın Güney Azərbaycan milli fəallarından əldə etdiyi məlumata görə, İran molla rejimi Türkiyə ilə münasibətlərdəki soyuqluğu aradan qaldırmaq məqsədi ilə İran ərazisində fəaliyyət göstərən və rejimlə narkotik qaçaqmalçılığının qarşısının alınmamasına dair razılaşması olan PEJAK-ın narkotik qaçaqmalçılığı istiqamətində fəaliyyətinə müəyyən qədər balta vurub. Yəni PEJAK vasitəsilə İrandan çıxarılan narkotik maddələr müsadirə olunur.

Məlumatda deyilir ki, PEJAK-ın internet səhifəsində təşkilatın rəsmiləri İran rejiminin bu addımının PEJAK-ın maliyyə qaynaqlarına mənfi təsir etdiyini vurğulamaqla yanaşı, eyni zamanda bildirirlər ki, bu vəziyyət Türkiyəyə qarşı terror fəaliyyəti istiqamətində aparılan işlərə də öz mənfi təsirini göstərir.

Avropaya keçirilən narkotik maddələrin 80 faizi İran üzərindən məhz PEJAK-ın vasistəsi ilə ötürülür. İran rejiminin bu fəaliyyətə müvəqqəti qadağa qoyması həm maliyyə baxımından zərbə vurur, həm də PKK teror təşkilatının maliyyələşməsi istiqamətində PEJAK-ın etdiyi yardımları azaldır.

İnci
AzNews.az
Bağla X