FHN: “Dünyanın sonu gözlənilmir”

Fövqəladə Hallar Nazirliyi bildirir ki, son vaxtlar nazirliyə dekabrın 21-də guya baş verəcək "dünyanın sonu"ndan ehtiyatlanan vətəndəşlardan çoxsaylı müraciətlər daxil olur. İnsanlar bu günü qorxu içində gözləyirlər.

FHN hesab edir ki, qlobal fövqəladə hadisələrin yaranmasına dair hər hansı tutarlı informasiyanın olmaması səbəbindən məsələyə dair əlavə maarifləndirici tədbilərin keçirilməsinə ehtiyac yoxdu.

Nazirlik Ukrayna ərazisində fövqəladə vəziyyətlərin yaranma ehtimallarını proqnozlaşdırmağa çalışır və bu mövzuda informasiya və analitik materiallar operativ olaraq FHN-in rəsmi saytında yerləşdirilir.

İnci
AzNews.az