18:44
(077) 610-22-33

Dünyanın ən “nəhəng” qadını öldü - FOTO

  • >
1 018 6 Dekabr 2012 22:50 | Dünya


Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür qadını kimi düşən boyu 2 m 36 sm olan çinli Yao Defen 40 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qadın uşaqlıqdan nadir xəstəlikdən əziyyət çəkib. Onun boyu ilə bağlı hər zaman kompleksi olub.Yao sağlığında deyirdi ki, hamı ona gülsə də, o, optimistdir və qeyri-adiliyi ilə fəxr edir.

15 yaşında Yaonun boyu 2 metrə çatıb. Tibbi müayinə zamanı həkimlər onun beynində şiş tapıblar və bu şiş beynin boya cavab verən hissəsini sıxdığına görə qızın boyu gündə 5 sm artıb.

2006-cı ildə həkimlər bədxassəli şişi əməliyyat yolu ilə götürsələr də, bir ildən sonra o yenidən əmələ gəlib və get-gedə şiddətlənən xəstəlik Yaonun ölümünə səbəb olub.


İnci
AzNews.az
Bağla X