"Məni kimsə dayandıra bilməz" "Məni kimsə dayandıra bilməz"

Keçmiş baş nazir siyasətə qayıdır

"Məni kimsə dayandıra bilməz"



İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yenidən siyasətə qayıtmaq qərarına gəlib.

AzNews.az-ın məlumatına görə, 76 yaşlı keçmiş baş nazir aprel ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.
Berluskoni yenidən seçilməyi özü üçün deyil, xalqı üçün istədiyini söyləyib.

İtaliyanın böhrandan batmaq təhlükəsi ilə üz-üzə olduğunu söyləyən Berluskoni, "Bitdiyimi zənn edənlər yanıldı, məni kimsə dayandıra bilməz" deyə rəqiblərinə xəbərdarlıq göndərib.

Altıncı dəfə baş nazir olmaq istəyən Berluskoninin bu qərarı ölkədə təəccüblə qarşılanıb. Ölkə əhalisinin bir qismi onun yenidən siyasətə qayıtmasının əleyhinədir.

Tərlan
AzNews.az