00:46
(077) 610-22-33

Müəllimlər kor şagirdi sürüdülər

  • >
531 7 Dekabr 2012 18:00 | Dünya

Nyu-Mexiko məktəbinin müəllimləri kor şagirdə qarşı fiziki güc tətbiq ediblər. Onlar sinifə girmək istəməyən şagirdi yerə yıxaraq sürüyüblər.

Hadisə Santa Fe məktəbində baş verib. Bu qəddar səhnəni məktəbdə quraşdırılan təhlükəsizlik kameraları qeydə alıb. Bir neçə saatdan sonra uşaq məktəbdəki tibb bacısına başındakı ağrılarla bağlı şikayət edib. Tədris müəssisəsinin rəhbərliyi hadisədən bir həftə sonra xəbər tutub və polisə müraciət edib.

Müəllimlərdən birinə qarşı uşaqlarla qəddar rəftarına görə artıq ittiham irəli sürülüb. Digər müəllim isə hələlik ittihamdan qaça bilib. Çünki uşağın valideynləri oğullarına uzun müddət dərs deyən müəllimin bu cür qəddarlığa yol verməsinə inanmırlar.

Inci
AzNews.az
Bağla X