Cəzaçəkmə müəssisəsində silah istehsalı sexi aşkarlandı

Keçmiş məhbuslardan biri etiraf edib ki, onun cəza çəkdiyi müəssisədə gizli silah sexi fəaliyyət göstərir. Burada yalnız məhkumlar işləyir. Müstəntiqlərin Rusiyanın Kopeysk şəhərinin islah koloniyasında apardığı araşdırma nəticəsində gizli sex aşkar edilib. Məhbusların bu günlərdə qaldırdığı qiyamın səbəbi məhz bu olub. Aksiyada iştirak edən məhbuslar koloniya administrasiyasının soyğunçu hərəkətlərinə dair 120-dən çox ərizə yazıblar. Ərizələr əsasında başlanan yoxlamalar zamanı müstəntiqlər gizli sex aşkar ediblər.

Emalatxanada 100-dən çox bıçaq, xənçər və digər soyuq silah növləri tapılıb. Çox güman ki, sifariş türmə rəhbərliyi üçün edilirmiş. Halbuki bu tip müəssisələrdə soyuq silah istehsalı qadağandır.

Silah düzəldilməsi ilə əsasən ağır cinayətlərdə və zorlamada ittiham olunan məhbuslar məşğul olublar. Bu cür sexin fəaliyyəti sıravi məhbuslardan gizlədilib. Sexə yalnız "xüsusi" adamlar jurnala ad və soyadını yazdıraraq daxil olublar.

Inci
AzNews.az