Paytaxt qara qərq olacaq

Rusiyanın paytaxtı yenidən qara qərq olacaq. Soyuq havanın yaratdığı problemlər aradan qaldırılmamış sinoptiklərdən yeni anomal soyuqlar haqda proqnozlar gəldi.

Dekabrın 7-dən 8-nə keçən gecə Moskvada 5 santimetr qalınlığında qar yağıb. Gün ərzində yağıntılar davam edəcək. Sinoptiklər bildirir ki, qarın hündürlüyü gün ərzində 13 santimetrə çatacaq.

Hazırda yolların qardan təmizlənməsi ilə 7300 nəfər və 14000 qartəmizləyici maşın məşğul olur. Yaxın günlərlə bağlı verilən hava proqnozu da ürəkaçan deyil.

İnci
AzNews.az