NATO səfirinin intiharının səbəbi açıqlandı

Dekabrın 5-də Serbiyanın NATO-dakı səfiri Branislav Milinkoviçin intiharının səbəbləri məlim olub. Səfirin xanımının verdiyi məlumata görə, həyat yoldaşı intihardan bir neçə gün əvvəl ağır xəstə olduğunu öyrənib.

Həkimlərin proqnozları ürəkaçan olmadığından, Branislav intihara əl atıb: "Yeni ildən sonra o məzuniyyətə çıxmağı düşünürdü. Lakin sonradan bu fikrindən daşındı. Həkimlər ona ağır xəstə olduğunu demişdilər. Branislav isə "insana layiq olmayan vəziyyətdə" yaşamağı özünə yaraşdırmırdı".

Xatırladaq ki, Serbiyanın NATO-dakı səfiri Branislav Milinkoviç Brüssel hava limanının çoxmərtəbəli parkovda üçün nəzərdə tutulan hissəsindən özünü atıb. 8-10 metr hündürlükdən düşən diplomatın aldığı zədələr ölümcül olub.

İnci
AzNews.az