Dəvələrə 11 ton narkotik yüklədilər

İranın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyat nəticəsində Pakistanla sərhəddə 11 ton narkotik maddə müsadirə edilib. Bu ölkə tarixində müsadirə edilən ən böyük partiya narkotik maddədir.

Əməliyyat zamanı sərhədçilərlə narkotacirlər arasında atışma baş verib. Nəticədə bir cinayətkar öldürülüb, bir neçəsi yaralanıb.

Müsadirə edilən narkotik maddələrin müxtəlif növlərdən olduğu bildirilir. Cinayətkarlar narkotikanı dəvələrə yüklənmiş şəkildə Pakistandan gətirməyə çalışıblar. Yerli sakinlər onların yerini müəyyən etməkdə polisə kömək ediblər.

Qeyd edək ki, İran Əfqanıstandan narkotikanın Avropaya çatdırılması üçün ən əlverişli yol hesab edilir.

Alpər
AzNews.az