12:10
(077) 610-22-33

Rusiyalı jurnalistin edamına 3 gün qaldı

  • >
639 10 Dekabr 2012 12:21 | Dünya

Suriya müxalifəti rusiyalı jurnalist Anxar Koçneva üçün tələb edilən pul ödənilməyəcəyi təqdirdə, onu edam edəcək. Lentaz-ın "Vesti"-yə istinadən verdiyi məlumata görə, bununla bağlı Suriya Azadlıq Ordusunun komandirləri Əbu Candal və Fərid Əbu Hüseyn ultimatum imzalayıblar.

Jurnalistin azadlığa buraxılması üçün 50 milyon dollar tələb edilir. Suriya müxalifətinin qoyduğu müddət dekabrın 13-də başa çatacaq. Jurnalistin rəfiqəsi, deputat Darya Mitina deyib ki, əgər bu müddət ərzində tələb edilən pul ödənilməzsə, Suriya müxalifəti casus elan etdikləri jurnalisti edam edəcək. Xatırladaq ki, Koçneva oktyabrın 7-də itkin düşüb. Az sonra onun müxaliflər tərəfindən oğurlandığı məlum olub.

AzNews.az
Bağla X