Çaves vəsiyyətini etdi

Uzun müddətdir ki, xərçənglə mübarizə aparan Venesuela prezidenti Uqo Çaves ilk dəfə olaraq vəsiyyətini açıqlayıb. Orqanizmində yeni xərçənc hüceyrələri aşkar edilən prezident növbəti əməliyyatdan sağ çıxmayacağı təqdirdə seçicilərinin köməkçisi Nikolas Maduroya səs vermələrini istəyib.

Əvvəllər iki dəfə xərçəngi məğlub edən Çaves ağrılarının artması nəticəsində müalicə üçün Kubaya getmişdi. Ölkəsinə geri qayıdan lider bir neçə gün əvvəl yenidən əməliyyat olmasının vacibliyini açıqlayıb.

Tərlan
AzNews.az