İki bacını özünə məşuqə edən rəis istefaya göndərilib İki bacını özünə məşuqə edən rəis istefaya göndərilib

Polis rəisinin sevgi QALMAQALI

İki bacını özünə məşuqə edən rəis istefaya göndərilib



Çinin Sincan Uyğur Muxtar vilayətində bir polis rəisinin sevgi qalmaqalı istefaya yol açıb. Məlum olub ki, polis rəisi iki əkiz bacını özünə məşuqə edib.

Çin Kommunist Partiyasının Taçeng bölgəsinin idarəetmə komitəsi Vusu şəhərinin ictimai təhlükəsizlik bürosunun müdiri Qi Fangın vəzifəsindən alındığı barədə məlumat yayıb.

Məlumata görə, polis rəisi iki əkiz bacını məşuqə edib, daha sonra isə vəzifəsindən sui-istifadə edərək onlara işlə təmin olunmalarında yardım göstərib.

Fakt "iyaxin.com" saytında iki bacının çılpaq fotoları yayıldıqdan sonra ortaya çıxıb. Aydın olub ki, polis rəisi məşuqələri üçün mənzil kirayələrək buna sərf edilən vəsaiti dövlət xərci kimi qeyd etdirib.

Elnarə Əlosmanqızı
AzNews.az