15:43
(077) 610-22-33

Məhkəmə Pan Gi Munun ailəsini rüşvətxorluqda günahlandırır - 800 milyon dollarlıq qalmaqal

  • >
2 756 10 Yanvar 23:31 | Dünya

Nyu-York məhkəməsi BMT-nin keçmiş baş katibi Pan Gi Munun qardaşını və qardaşı oğlunu rüşvətxorluqda günahlandırır.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, söhbət Vyetnamda bina kompleksinin 800 milyon dollara satışından gedir.

Pan Gi Munun qardaşı oğlu Çu Xyon Pan Nyu-Yrokda daşınmaz əmlakın satışı ilə məşğuldu. Pan Gi Munun qardaşı Pan Qi San isə Cənubi Koreyada böyük tikinti şirkətində baş məsləhətçidir.

Manhetten məhkəməsi hər iki şəxsi yaxın şərq ölkələrinin rəsmi nümayəndələri ilə böyük məbləğ qarşılığında qanunsuz razılaşma əldə etməsində ittiham edir.

Bağla X