Şırnakda və Diyarbəkirdə partlayış baş verib. Şırnakda və Diyarbəkirdə partlayış baş verib.

PKK Türkiyədə iki partlayış törətdi - 3 polis şəhid oldu - Video - Yenilənib

Şırnakda və Diyarbəkirdə partlayış baş verib.

AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, Diyarbəkirin Sur mahalında da partlayış baş verib. Dəclə Universitetinin binası yaxınlığında PKK terrorçularının yerləşdirdiyi qurğu polis maşını ərazindən keçərkən uzaqdan idarəetmə vasitəsilə partladılıb. Nəticədə 3 polis şəhid olub. Digər 3 polis xəstəxanada müalicə olunur.

Şırnakda PKK terrorçuları tərəfindən əllə düzəldilən partlayıcı qurğu şəhərin su şəbəkəsi təmir edilərkən partladılıb. Nəticədə 5 nəfər yaralanıb. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.