Aktiv Twitter istifadəçisi olan Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə İvanka Trampın yox, İvanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib. Aktiv Twitter istifadəçisi olan Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə İvanka Trampın yox, İvanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib.

Trampın Twitter macəraları - bu dəfə qızının adını adaşıyla səhv saldı

Aktiv Twitter istifadəçisi olan Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə İvanka Trampın yox, İvanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Majic Tvitterdə Trampa müraciət edib:

“Donald Tramp, siz böyük məsuliyyət daşıyırsız. Mən sizdən xahiş edirəm ki, Twitterdə ehtiyatlı olun və daha çox iqlim dəyişiklikləri barədə öyrənin ”

Sən demə, ABŞ-ın yeni prezidentinin texnologiya ilə elə də arası yoxdu. Onun köməkçiləri bildirirlər ki, indiyə kimi Tramp elektron məktub və ya mətn mesajları göndərməyib. 70 yaşlı milyarder daha çox çap üsuluna üstünlük verir.

Bundan başqa Tramp insan fəaliyyəti ilə iqlim dəyişikliyi arasında heç bir əlaqənin olmadığı, bunu çinlilərin fikirləşdiyini deyib.