ABŞ prezidenti Donald Trampın qızı İvankanın geyimi ətrafında yaranan qalmaqalı jurnalistlər Riçard Niksonun istefasıyla nəticələnən Uotergeyt qalmaqalıyla müqayisə ediblər. ABŞ prezidenti Donald Trampın qızı İvankanın geyimi ətrafında yaranan qalmaqalı jurnalistlər Riçard Niksonun istefasıyla nəticələnən Uotergeyt qalmaqalıyla müqayisə ediblər.

İvanka Tramp paltarına görə özünü bərbad hiss edir - Qalmaqal

ABŞ prezidenti Donald Trampın qızı İvankanın geyimi ətrafında yaranan qalmaqalı jurnalistlər Riçard Niksonun istefasıyla nəticələnən Uotergeyt qalmaqalıyla müqayisə ediblər.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta mediada bu qalmaqala ad da seçilib - “gowngate”

Qeyd edək ki, bir neçə gün öncə qatıldığı ziyafətdən İnstagram hesabında şəkil paylaşan İvankanın Carolina Herrera-dan geyindiyi gümüşü rəngli, 5 min dollarlıq paltar qalmaqala səbəb olub. İvankanın geyimi Trampın qaçqınlar üçün nəzərdə tutduğu qanunla müqayisə edilib.

Sosial şəbəkə istifadəçiləri İvankanın gümüşü rəngli geyimini, qaçqın qız uşağının üzərinin örtdüyü gümüşü rəngli örtüklə müqayisə ediblər. İvanka fotoya şərh bildirərək, özünü çox pis hiss etdiyini, buna bənzər hadisənin yaşanmaması üçün daha diqqətli olacağını deyib.