“Əgər söhbət bizim müstəqilliyimizdən gedirsə, onda biz Rusiyanın nefti olmadan da yaşaya bilərik.” “Əgər söhbət bizim müstəqilliyimizdən gedirsə, onda biz Rusiyanın nefti olmadan da yaşaya bilərik.”

“Belarus Rusiyanın nefti olmadan da keçinə bilər”- Lukoşenko

“Əgər söhbət bizim müstəqilliyimizdən gedirsə, onda biz Rusiyanın nefti olmadan da yaşaya bilərik.”

AzNews.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukoşenko bu gün keçirdiyi mətbuat konfransında bəyan edib:

“Niyə bizi boğazımızdan tuturlar? Aydındır ki, Rusiya nefti olmadan da biz keçinə bilərik. Bizə çətin olacaq. Amma tərəzinin bir gözünə Rusiyanın neftini, digərinə isə Azərbaycanın, İranın, Amerikanın bir qədər baha başa gələn neftini və müstəqilliyimizin qoyulması yol verilməzdir. Biz çıxış yolu tapacıyıq. Heyf ki, Rusiya bunu başa düşmür.”

Rusiya ilə Belarus arasında enerjiylə bağlı mübahisə 2016-cı ilin əvvələrindən davam edir. Rəsmi Minsk rusiyanın satdığı qazən qiymətini ədalətsiz adlandıraraq daha az ödəməyə başlayıb. Öz növbəsində, rəsmi Moskva Belarusa ixrac olunan neftin həcmini azaltmağa qərar vermişdi. Həmin ilin oktyabr ayında hər iki ölkə irtaq razılığa gəldiklərini açıqlamışdılar.