Qədim Misir allahlarından olan Sebekin mumiyası tapılıb. Qədim Misir allahlarından olan Sebekin mumiyası tapılıb.

Qədim Misir allahının mumiyası tapıldı - Nadir tapıntı (Foto)

Qədim Misir allahlarından olan Sebekin mumiyası tapılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 4 metrlik timsah mumiyası Kena əyalətinin şimalında alimlər tərəfindən aparılan qazıntılar zamanı aşkarlanıb. Belə bir tapıntı barədə əyalətin qədimlikləri üzrə idarənin rəhbəri Ayhan Handi danışıb.

Nadir tapıntı Nil çayının sahilində, Nag-Hammadidə aşkarlanıb. Burada minilliklər əvvəl fironlara yaxın olan zadəganların məzarları, eləcə də Qədim Misirin əsas allahlarından bir neçəsinin məbədləri yerləşib.

Qazıntılar zamanı Nag-Hammadidə arxeoloqlar daha bir neçə mumiyalanmış timsahlar da üzə çıxarıblar. Onlardan 2-sinin uzunluğu 1,2 metrdən artıqdır. Bundan əlavə, balzamlama prosesində istifadə olunan xüsusi alətlər və dəfndən əvvəl mumiyaların sarıldığı parça rulonları tapılıb.

Tapıntının unikallığı ondadır ki, bu zamana qədər Nag-Hammadidə timsah-allah Sebeka aid heç nə aşkarlanmayıb. Hətta onun şərəfinə ucaldılan kiçik bir məbəd də yoxdur. Odur ki, alimlər indiyə qədər bu əyalətin Sebeka sitayiş etdiyini bilməyiblər.

Hazırda alimlər timsah mumiyalarının məhz hansı fironların idarəetmə dövrünə aid olduğunu və Sebeka sitayişin müasir Misirin cənubunda nə qədər ərazini əhatə etdiyini öyrənməyə çalışırlar.

Sebek su və Nil daşqınının allahı hesab olunub. Qədim misirlilərin inancına görə, Sebek qara qüvvələri qorxudaraq digər allahları və insanları qoruyub.

Aydan AXUNDOVA

image description image description image description image description