23:44
(077) 610-22-33

2 min adam işıqsız qaldı - pişiyə görə

  • >
4 502 14 Fevral 2017 20:36 | Dünya

Elektrostansiyaya soxulan pişik qısaqapanmaya səbəb olub.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Kareliya respublikasının Sortavala şəhərində baş verib.

Qısaqapanma nəticəsində yerli sakinlər işıqsız qalıb. Yerli uşaq bağçası, qazanxana, çörək sexlərinin işığı sönüb.

Qəzaya səbəb olan pişik həlak olub. Hadisə yerinə gələn operativ-təmir briqadası transformator budkasında heyvanın cəsədini aşkar edib.

Bağla X