00:37
(077) 610-22-33

Kanye Uestin dəb şousunda - Hicablı model - Fotolar

  • >
4 227 16 Fevral 2017 20:48 | Dünya

Nyu-York moda həftəsində baş tutacaq məşhur reper Kanye Uestə məxsus Yeezy markasının nümayişində hicablı model Həlimə Aden də podiuma çıxıb.

AzNews.azxarici KİV- istinadən xəbər verir ki, Həlimə öz xarici görünüşü və geyimi ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. O, Somalidəndi. O, Keniya və Somali arasında yaradılan qaçqın düşərgəsində böyüyüb. 7 yaşı olarkən ailəsi ilə birlikdə ABŞ-da köçüb.

Miss Minnesota gözəllik müsabiqəsində iştirak etdikdən sonra inanılmaz məşhurluq qazanıb. O, 1925-ci ildən bəri keçirilən müsabiqənin tarixində ilk hicablı model olub. O, podiuma çıxarkən bikini əvəzinə, burkini geyinib. Bununla o, tamaşaçıların böyük rəğbətini qazanıb.

Həlimə məşhur olmağı, model biznesində pul qazanmağı yox, Amerikada müsəlmanlara qarşı münasibəti dəyişmək üçün çalışdığını deyib.

O, Yeezy markasının nümayişində başında yaylıq, uzun kürkdə çıxıb.

Hazırda modellə dünyanın bir çox nüfuzlu model agentlikləri maraqlanır.

Bağla X