İstanbuldan Torontoya uçmağa hazırlaşan təyyarədə tapılan şübhəli yazıya görə sərnişinlər təyyarədən çıxarılıb. İstanbuldan Torontoya uçmağa hazırlaşan təyyarədə tapılan şübhəli yazıya görə sərnişinlər təyyarədən çıxarılıb.

Türk hava yollarına məxsus təyyarədə bomba həyəcanı: sərnişinlər təxliyə edildi

İstanbuldan Torontoya uçmağa hazırlaşan təyyarədə tapılan şübhəli yazıya görə sərnişinlər təyyarədən çıxarılıb.

AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, hadisə Atatürk hava limanında baş verib.

Boeing 777 tipli təyyarədən üzərində ingilis dilində “Toronto, gözlə məni, bomba ilə gəlirəm” sözləri yazılan kağız parçası tapılıb.

Bundan sonra, axtarışlar başlayıb. Bir saat davam edən axtarışlardan sonra, heç bir təhlükəli vəziyyət aşkar edilməyib.

Qeyd edək ki, təyyarədə 292 sərnişin olub. İstanbul-Toronto reysinin reallaşacağı gözlənilir.