Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, Əbu-Dabiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.