Şimali Koreyanın lideri Kim Çen Inın atası bir, anası ayrı qardaşı Kim Çen Namın qətli son illərin ən səs-küylü cinayət hadisəsinə çevrildi. Şimali Koreyanın lideri Kim Çen Inın atası bir, anası ayrı qardaşı Kim Çen Namın qətli son illərin ən səs-küylü cinayət hadisəsinə çevrildi.

Kİm Çem Nam kimdir? Qətl yoxsa terror? Sifarişçilər kimdir? - ABŞ Şimali Koreyanı ittiham edir

Şimali Koreyanın lideri Kim Çen Inın atası bir, anası ayrı qardaşı Kim Çen Namın qətli son illərin ən səs-küylü cinayət hadisəsinə çevrildi.

Kimdir Kim Çen Nam?

Kim Çen Namın iqtidar arzuları olmayıb, rəsmi Pxenyanı tənqid edib, kazino və barları sevirdi. O, bir neçə dildə danışır, çoxlu səyahət edirdi. Qardaşı Kim Çen In hakimiyyətə gəldikdən sonra, Nam öz həyatı üçün narahat idi. Rəsmi Seul və Vaşinqton Kim Çen Namın öldürülməsində Pxenyanı təqsirli bilsə də, buna da dair heç bir sübut yoxdur.

Qətl necə baş verdi?

14 fevral tarixində Kim Çen Nam Çinin Makao şəhərinə uçmaq üçün Malaziya hava limanında təyyarə gözləyirdi. Yerli polisin verdiyi məlumata görə, Nam hava limanı işçilərinə başının fırlandığını və kiminsə onun üzünə hansısa maddəni tökdüyünü bəyan edib. Kim Çen Namın ölümündən əvvəl ona naməlum bir qadın yaxınlaşıb. Digər bir məlumata görə, əllərində zəhərli maddə dolu iynələr olan iki qadın Kim Çen Namın yanına gəlib.

Qətlin mümkün səbəbləri

Cənubi Koreyanın “The Korea Times” nəşrinin məlumatına görə, Kim Çen Nam dayısından ona miras qalan bank hesabları və atasının ölümündən sonra qalan pullar səbəbindən öldürülə bilərdi. Qəzet yazır ki, 2013-cü ildə edamına qədər Şimali Koreyada ikinci şəxs hesab edilən dayısı Çan Son Txekanın xaricdəki gizli hesabları hansısa yolla Kim Çen Nama keçib. KİV iddia edir ki, Şimali Koreya lideri Kim Çen In öz qardaşına vətəninə qayıtmağı və onda olan pulları təslim etməyi əmr edib, Kim Çen Nam bu əmrə tabe olmayıb.

Qətlə beynəlxalq reaksiya

Yaponiyanın Kyodo agentliyinin məlumatına görə, Malaziya Şimali Koreyadakı səfirini müvəqqəti geri çağırıb. Bundan əvvəl isə Malaziya Xarici İşlər Nazirliyi Şimali Koreyanın səfirini çağıraraq, onun hadisənin araşdırılması ilə bağlı səsləndirdiyi kəskin tənqidi fikirlərlə bağlı etirazlarını bildirib. Koreya Respublikasının həmrəylik naziri Çon Jun Xi bəyan edib ki, rəsmi Seul Kim Çen Namın öldürülməsini Simali Koreya tərəfindən həyata keçirilən terror aktı hesab edir. Bundan başqa, rəsmi Seul Şimali Koreya tərəfindən gözlənilən mümkün təxribatlara hazırdır.

Kim Çen Namın rəsmi Pxenyanla əlaqələri

Koreya Respublikası kəşfiyyatının əldə etdiyi məlumata görə, 2012-ci ildə Kim Çen Nam öz prezident qardaşına məktub yazaraq nə onun, nə də uşaqlarının hakimiyyətə gəlmək niyyətlərinin olmadığını bəyan edib. Məktubunda Nam sakit yaşamaq istədiyini, və qardaşından onları öldürməməyini xahiş edib.

2000-ci illərdə, atası Kim Çen İrin səhhəti pisləşməyə başlayanda analitiklər prezidentliyə namizəd kimi məhz Kim Çen Namı göstərirdilər. Amma Şimali Koreya rəhbərliyi arasında gedən mübarizə nəticəsində Kim Çen Nam atasının postuna varis olmaq şansını əldən verdi.

2012-ci ildə yapon jurnalisti Yodzi Hominin Kim Çen Namla məktublaşmasının əsasında kitab çap olundu. 2004-cü ildən etibarən Kim Çen Namla məktublaşan müəllifin sözlərinə görə, o, öz atasının siyasətindən narazı olub. Kim Çen Nam rəsmi Pxenyanı iqtisadiyyatı həddindən çox hərbiləşdirməkdə ittiham edir, vəziyyətin tezliklə dəyişəcəyinə ümid edirdi.

Kim Çen Nam haqqında nə məlumdur?

Kim Çen Nam haqqında rəsmi məlumat yoxdur. O, 1971-ci il 10 may tarixində Pxenyanda anadan olub. 1994-2011-ci ilər Şimali Koreya lideri olmuş Kim Çen İrin aktrisa Son Xe Rimdən olan oğludur. Şimali Koreyanın o vaxtkı lideri Kim İr Sen öz oğlunun aktrisa ilə münasibətlərinə o qədər də isti baxmayıb.

Kim Çen In- Kim Çen Namın ögey qardaşı, Kim Çen İrin ikinci arvadı Ko Yon Xidən olan oğludur.

Kim Çen Nam qardaşı kimi İsveçrədə təhsil alıb.

2011-ci ilin yayında arvadı və uşağı ilə birlikdə Tokiyo hava limanında həbs edilib. Ona qarşı sərhəddi Dominikan Respublikasına aid saxta pasportla keçmək ittihamı irəli sürülüb. KİV-in məlumatına görə, onun məqsədi Disneylendi gəzmək olub. Nəticədə Kim Çen Nam Çinə göndərilib.

Bəzi məlumatlara görə, Kim Çen Nam 2003-cü ildən etibarən Makao və Şanxay şəhərlərində yaşayıb. KİV-də yer alan xəbərlərə görə, Kim Çen Nam öldürüləcəyindən ehtiyat etdiyi üçün 2012-ci ildən etibarən Sinqapurda yaşayıb.

Səbinə Məlikova

AzNews.az