Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi qəflətən vəfat edib

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

V.Çurkin 1952-ci il fevralın 21-də Moskvada anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, 2006-cı ildən Rusiyanın BMT yanında daimi nümayəndəsi işləyib, eyni zamanda, ölkəni BMT Təhlükəsizlik Şurasında təmsil edib. 1998-2003-cü illərdə Rusiyanın Kanadada səfiri vəzifəsində çalışıb.

Diplomatın qəfil ölümünün səbəbi barədə hələlik məlumat verilmir.