Patrik Kilonzo Mvalua adlı bu şəxs hər gün Keniya milli parkındakı heyvanları susuzluqdan qoruyur. Patrik Kilonzo Mvalua adlı bu şəxs hər gün Keniya milli parkındakı heyvanları susuzluqdan qoruyur.

Bu şəxs hər gün heyvanların həyatını xilas edir - Fotolar

Patrik Kilonzo Mvalua adlı bu şəxs hər gün Keniya milli parkındakı heyvanları susuzluqdan qoruyur.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yağış yağmadığı üçün su hövzələri quruyub. Bu səbəbdən Partik yük maşını kirayə götürür. Maşınla o, hər gün heyvanlara su daşıyır.

O, hər gün saatlarla yol qət edərək, qurumuş su hövzələrini doldurur. Fillər, antiloplar, zebralar artıq motor səsinə öyrəşib. Heyvanlar onu tanıyaraq, görüşünə gəlir. Hətta bir gecə su hövsənin ətrafına toplaşıb Patrikin gəlməyini gözləyiblər.

Hazırda Partikin əsas məqsədi su hövzələrinin sayını çoxaltmaqdı. Bununla o, daha çox heyvanı su ilə təmin edə bilər.

Bir müddət öncə, ABŞ-da yaşayan bir qrup qadın internet vasitəsilə Patrik üçün 18 min dollar pul toplayıblar. Bu pul ona yeni yük maşını almağa bəs edəcək.