SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov öz malikanəsini satışa çıxarıb. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov öz malikanəsini satışa çıxarıb.

Qorbaçov villasını satışa çıxarıb - FOTO

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov öz malikanəsini satışa çıxarıb.

AzNews.az “Süddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, Qorbaçov Almaniyanın Teqernzee şəhərində, Alp dağlarının ətəyində yerləşən Hubertus-Schlössl villasını satmaq qərarına gəlib.

Nəşrin məlumatına görə, ümumi sahəsi təxminən 600 kvadrat metr olan üçmərtəbəli tikili 0,26 ha torpaqda yerləşir. 1908-ci ildə inşa edilən villa bir neçə il əvvəl təmir olunub.

Göl yaxınlığında olan malikanəninin çox baha qiymətə satışa çıxarıldığı bildirilir.

Şəhərin meri Kristian Kokun sözlərinə görə, keçmiş lider burada yaşayarkən olduqca qapalı həyat tərzi keçirib. Son zamanlar villasına nadir hallarda baş çəkən Qorbaçov burada qaldığı müddətdə göl qırağında gəzərək və ya restoranda dincələrək vaxt keçirdib.

Aydan