İraq hakimiyyət qüvvələri İŞİD-in nəzarətdə saxladığı Mosul şəhər mərkəzinin qərbində yerləşən Mosul beynəlxalq havalimanını geri almaq üçün əməliyyat başladıb. İraq hakimiyyət qüvvələri İŞİD-in nəzarətdə saxladığı Mosul şəhər mərkəzinin qərbində yerləşən Mosul beynəlxalq havalimanını geri almaq üçün əməliyyat başladıb.

İraq Ordusu Mosul hava limanını terrorçulardan təmizlədi

İraq hakimiyyət qüvvələri İŞİD-in nəzarətdə saxladığı Mosul şəhər mərkəzinin qərbində yerləşən Mosul beynəlxalq havalimanını geri almaq üçün əməliyyat başladıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi İraq ordusuna məxsus zirehli texnikaların və federal polis birliklərinin Mosul hava limanı və El Gazlani hərbi bazasının geri alınması üçün geniş miqyaslı əməliyyat başladıldığını açıqlayıb.

İraq Dövlət Televiziyası İraq ordusunun Mosul hava limanının içərisinə girdiyini bildirib.

İraq Hava Qüvvələrinə məxsus hərbi təyyarələrlə də dəstək verilən əməliyyata ümumilikdə 60 min İraq əsgəri cəlb edilib.

Aydan